Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın kansleri Anqela Merkel, Fransanın və Rusiyanın dövlət başçıları Fransua Olland və Vladimir Putinlə telefon danışıqları keçirib
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Ukrayna üzrə təmas qrupunun növbəti görüşünün dekabrın 24 və 26-da Minskdə baş tutacağı barədə razılıq əldə edilib.
“Həmsöhbətlər Minsk razılaşmasının bütün müddəalarının yerinə yetirilməsi, o cümlədən atəşkəs, qoşun və ağır silahların geri çəkilməsi və bütün girovların azad olunmasın vacibliyini qeyd ediblər”, Ukrayna prezidenti mətbuat xidmətindən bildirilib.
Yaxın günlərdə telefon əlaqəsi vasitəsilə təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.