Minskdə beynəlxalq mediaforum keçirilir
09 iyun 2014 23:04 (UTC +04:00)

Minskdə beynəlxalq mediaforum keçirilir

Minskdə “Gələcək naminə tərəfdaşlıq: qlobal dünyanın reallıqları” IX Belarus beynəlxalq mediaforumu keçirilir.

 

APA-nın məlumatına görə, Belarus İnformasiya Nazirliyi, Müttəfiq Dövlətin Daimi Komitəsi, MDB iştirakçısı-ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Belarus Jurnalistlər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirə Belarusun Xarici İşlər və Müdafiə nazirlikləri, Rusiya Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi, MDB İcraiyyə Komitəsi, Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutu, “Ecoom” Analitik Mərkəzi, Minsk Şəhər İcraiyyə Komitəsi və Minsk Vilayət İcraiyyə Komitəsi dəstək verir.

 

Əvvəlcə Minsk Şəhər Ratuşasında “Minsk – Belarusun qəlbi” mövzusunda ekspert-sessiya keçirilib.

 

Sonra beynəlxalq tədbirin iştirakçıları Belarusun faşizmdən azad olunmasının 70 illiyi münasibətilə Minskin mərkəzindəki Qələbə meydanında ucaldılmış abidənin önünə əklil qoyublar.

 

Bunun ardınca “Fəth olunmamış Belarus” mövzusunda ekspert-sessiya olub.

 

Mediaforumun plenar iclası isə sabah keçiriləcək.

 

Təntənəli açılış mərasimindən sonra tədbir panellərlə davam etdiriləcək.

 

Tədbir iştirakçıları “XXI əsrin çağırışları və təhlükələri. Münaqişələrin və müharibələrin qarşısının alınmasında beynəlxalq ictimaiyyətin rolu”, “Suverenlik və inteqrasiya. Avrasiya İqtisadi Birliyi - yeni dünyanın qurulmasında platforma kimi” və “Qlobal kommunikasiyalar çoxqütblü dünya kontekstində” panellərində fikir mübadiləsi aparacaqlar.

 

Sonda medaiforumun Qətnaməsi qəbul olunacaq.       

 

Tədbirdə "APA Holdinq"in Direktorlar Şurasının rəhbəri Nurşən Quliyev də iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35