Android platformalı milyondan artıq smartfona düşən virus müəyyən olunub.
AzərTA CNews-a istinadla xəbər verir ki, bu təhlükəli virusu “Doctor Web” şirkətinin ekspertləri Google Play internet mağazasında aşkar ediblər. Zərərli proqram KKBrowser adı altında yayılıb. Həmin internet mənbədən bu virus 1,5 milyon dəfə yüklənib.
Virus mobil cihaza düşdükdən sonra o, xakerlərin göstərişi ilə istənilən proqramı yükləyə bilər. Bundan əlavə, bu virus telefondakı proqramları pozmaq imkanına malikdir. Virus həmçinin istifadəçini aldadıcı linklər vasitəsilə istənilən sayta yönəldir. Zərərli proqram təminatı xakerlərə telefonun modeli, İMEİ kodu və digər məlumatları göndərir.