“Qalatasaray”ın və Türkiyə yığmasının əfsanəvi futbolçusu, millət vəkili Hakan Şükür Ermenekdə dünyasını dəyişən mədənçilərin yaxınlarına pul yardımı edəcək. Lent.az-ın məlumatına görə, keçmiş hücumçu ölən mədənçilərin ailə üzvlərinin qəbul edəcəyi təqdirdə, maaşını onlara verəcəyini bildirib. H. Şükür 2015-ci ildəki seçkilərə qədər məvacibini “Heç kim yoxdur?” dərnəyi vasitəsilə zərərçəkənlərə çatdırmaq niyyətindədir. “Kral” həmin hadisədən sonra çox məyus olduğunu və əlindən gələn köməyi əsirgəməyəcəyini vurğulayıb.
Millət vəkili maaşını onlara bağışladı
1449