Türkiyə Milliyyətçi Hərəkat Partiyası (MHP) 3 şəhərdə bələdiyyə seçkilərinin nəticələrinə rəsmi etirazını bildirib.
APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, MHP Yüksək Seçim Kuruluna müraciət edərək İğdır, Kastamonu və Kütahyada səslərin yenidən sayılmasını istəyib.
MHP-nin Kastamonu və Kütahyada AKP-yə, İğdırda isə kürd partiyası BDP-yə çox az fərqlə uduzduğu açıqlanıb.