Britaniyanın Blekpul (Lankaşir qraflığı) şəhərinin zooparkının iki oranqutanqı videokameradan istifadə etməyi və "selfi" çəkməyi öyrəniblər.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, heyvanlar “ORANGSELFIE” aksiyası çərçivəsində kameranı alaraq, heyvanat parkının ziyarətçilərinə birgə şəkil çəkməyi təklif edirlər.
Kamera işə düşdükdən sonra Sammer və Çerri oranqutanqları təxminən iki dəqiqə ərzində video çəkiblər. Videoda yazılanlardan görünür ki, Çerri obyektivi bir neçə dəfə özünə doğru yönəldib və poza alıb.
Qeyd edək ki, kameranı meymunlardan onlara yalnız banan təklif etdikdən sonra geri almaq mümkün olub.