Metroda namaz qıldılar
25 yanvar 2015 02:08 (UTC +04:00)

Metroda namaz qıldılar

Türkiyədə bir metro stansiyasında cümə namazı qılınıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Ankara "Kızılay" metro stansiyasında insanlar namaz qılıb və dualar ediblər. Hər cümə günü baş verən bu mənzərə Türkiyə qəzetlərində geniş yer tutub. Bəzi qəzetlər ortaya çıxan bu fotonu "Dəhlizi bağladılar" deyə manşetlərə çıxarıb. Məlumatlarda insanların metroda ibadət etməsinin sərnişinlərin hərəkətinə maneə törətdiyinə diqqət çəkilib.

 

Qeyd edək ki, Ankaranın mərkəzində olan "Kızılay" metro stansiyasının içərisində məscid var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Oxşar yazılar