Türkiyənin məşhur rejissoru Tolqay Ziyal 76 yaşında vəfat edib. Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, "Yeşilçam" dövrünün bir çox tanınmış filmini çəkən Tolqayın ölüm xəbərini musiqiçi Onur Akay Tvitter hesabında yazıb: "O, həqiqətən də bir dövr idi və o dövr bitdi. Məkanı cənnət olsun!".
Komediya aktyoru Cem Yılmaz isə "Kinomuzun əfsanəsi Tolqay "abimiz", səni hər zaman hörmətlə xatırlayacağıq" yazaraq başsağlığı verib.
Qeyd edək ki, T.Ziyalın son işləri "Kurtuluş" (2000), "İnşaat" (2003), "Huzura Giden Yol" filmləri olub.