Məşhur Rokfellerin  oğlu təyyarə qəzasında ölüb
14 iyun 2014 06:08 (UTC +04:00)

Məşhur Rokfellerin  oğlu təyyarə qəzasında ölüb

0

ABŞ-ın məşhur maliyyəçisi, dövlət xadimi Devid Rokkfellrin oğlu Riçard Rokfeller təkmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.

 

Lent.az-ın “Röyter”-ə istinadən məlumatına görə, ailənin rəsmi təmsilçisi Freyzer Seytel deyib: “Bu dəhşətli faciədir. Ailə şokdadır. Riçard təcrübəli pilot idi. O, uzun illər idi uçurdu”.

 

Təmsilçinin sözlərinə görə, Riçard Rokfeller atası ilə nahar etmək üçün Nyu-Yorka  uçurmuş. Onun iki yetkin yaşlı oğlu qalıb.

 

Qəzanın baş vermə səbəbi araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1490

Oxşar yazılar