Türkiyəli məşhur rejissorun oğlu polisi öldürdü - <span style="color:red;">QANLI QƏZA
29 yanvar 2016 10:34 (UTC +04:00)

Türkiyəli məşhur rejissorun oğlu polisi öldürdü - QANLI QƏZA

 

İstanbulda məşhur rejissor Sinan Çetinin oğlu idarə etdiyi avtomobillə qəza törədib.  Qəzada ağır yaralanan iki polisdən biri şəhid olub.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, dəhşətli qəza dünən gecə 01:30 radələrində baş verib. İddialara görə, Sinan Çetinin oğlu Rüzgar Çetin lüks avtomobili ilə yolda sürət həddini aşıb və qarşıdan gələn polis maşını ilə toqquşub. Polislərdən biri maşından yola düşüb, digəri isə maşının içində sıxılıb  qalıb.

 

Yola düşən polis  xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Digər polis məmurunun müalicəsi davam etdirilir.

 

Qəzadan xəsarətsiz  çıxan Rüzgar Çetin isə  saxlanılaraq Beşiktaş polis şöbəsinə aparılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar