Türkiyənin məşhur müğənnisi Dəniz Sekinin yaşadığı evə polis basqın edib. Lent.az-ın məlumatına görə, barəsində məhkəmənin həbs qərarı verdiyi müğənninin Tuzla qəsəbəsindəki villasında axtarış aparılıb. Polis əməkdaşlarının apardılğı axtarış zamanı Dəniz Sekinin evdə olmadığı məlum olub. Lakin məhəllə sakinləri xeyli müddətdir ki, müğənninin bu villada yaşadığını deyiblər.
Adının gizli saxlanılmasını istəyən qonşunun sözlərinə görə, Dəniz Sekinin "Gülüstan" adlı çoxmərtəbəli binada qalıb: “O, baş örtüyü və günəş gözlüyündən istifadə edir ki tanınmasın. Binada səmimi münasibətdə olduğu hüquqşunas var. Bəlkə də onun evində gizlənir”.
Həmin binada yaşayan digər sakin də Dəniz Sekinin tez-tez burada göründüyünü təsdiqləyib: “Uşaqlarım deyirdi, inana bilmirdim, amma sonda özüm də gördüm, çox kökəlib”.
Qeyd edək ki, müğənninin qardaşı bacısının harada gizləndiyindən xəbərsiz olduğunu deyib və onu təslim olmağa çağırıb.