Hollivud ulduzları Ben Afflek və Cennifer Qarner boşanmalarını təxirə salıblar.
Lent.az-ın фxşam.az-a istinadən məlumatına görə, iyunun sonunda boşanacaqları barədə xəbər verən cütlük yenidən birləşmək barədə fikirləşirlər.
Uşaqlarını tərbiyə etmək üçün bir yerdə yaşamağa başlayan cütlük evliliklərini xilas etmək üçün ailə psixoloqunun yanına gedirlər. Paparassilər onları Brentvudda məsləhətxanadan çıxarkən görüntüləyiblər.
Qeyd edək ki, 10 ildir evli olan Cennifer və Ben gənc dayəyə görə boşanmaq qərarına gəlmişdilər. 43 yaşlı aktyorun boşanma qərarının ardından 28 yaşlı erməni əsilli dayə Kristina Ouzonianla münasibətləri barədə xəbərlər yayılmışdı.