Nyu-Yorkdakı “Empire State Building” göydələni bu dəfə nəsli kəsilməkdə olan heyvanlara dəstək üçün işıqlandırılıb. AzərTAc xarici KİV-lərə istinadla bildirir ki, Okean Mühafizəsi Cəmiyyətinin (Ocean Conservation Society) təsisçisi və direktoru Lui Psihoyosun müəllifi olduğu layihənin məqsədi nəsli kəsilməkdə olan heyvanlarla bağlı ictimaiyyəti maarifləndirməkdir.
Avqustun 1-də bütün gecə boyu bina üzərində nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan heyvanların şəkilləri nümayiş etdirilib.