Məşhur Rusiyalı balerina Anastasiya Voloçkovanın evini qarət edən oğrular saxlanılıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, cinayətkarların həbsıni şərh edən Anastasiya Voloçkova bildirib ki, cinayətkarların belə tez tutulmasını gözləməyib.
A.Voloçkova qeyd edib ki, cinayət baş verən vaxtı onun evində insanlar olub və onlar cinayətkarı maskasız görüblər. Həmin insanlar oğrunu şəkil üzrə tanıya bilərdilər.
İstintaq prosesi getdiyi üçün, müstəntiqlər Voloçkovadan xahiş ediblər ki, o heç bir təfərrüatlarla bölüşməsin. Voloçkova bildirib ki, onu oğurlanan pullar yox, zinət əşyaları maraqlandırır və həmçinin soyğun sifarişçisinin fikirlərini bilmək istəyir.
Daha əvvəl bildirilirdi ki, polis 2013-cü ildə Anastasiya Voloçkovanın evinə hücum edən silahlı şəxsləri saxlayıb.