Məşhur aktrisa qocalar evində öldü
16 oktyabr 2014 03:58 (UTC +04:00)

Məşhur aktrisa qocalar evində öldü

0

Fransalı aktrisa Mari Dübua 77 yaşında dünyasını dəyişib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə,  Dübua Fransanın Po şəhərindəki qocalar evində dünyasını dəyişib. O, 2010-cu ildən orda yaşayırdı.

 

“Məni ölüm qorxutmur. Mənə inam xasdır”, - aktrisa gənclikdən tutulduğu dağınıq sklerozla mübarizə cəhdlərini təsvir etdiyi tərcümeyi-halında yazırdı.

 

Dübua “Pianoçuya atəş açın”, “Jül və Cim”, “Böyük gəzinti”, “Qadın qadındır” və başqa filmlərə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2570

Oxşar yazılar