İranın mühacirətdə olan müxalifət təşkilatının lideri Məryəm Rəcəvi Parisdə müxalifətin iştirakı ilə keçirilən konfransda bildirib ki, İraqın baş naziri Nuri əl-Maliki «rejimi son günlərini yaşayır».
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, iyunun 27-də Parisdə İran Milli Müqavimət Şurasının konfransı keçirilib. Həmin toplantıdakı çıxışında M.Rəcəvi deyib ki, İraq öz geopolitik vəziyyətinə görə İran rejiminin ideologiyasının yayılması üçün tramplindir: “İraq xalqına öz iradəsini sırımaq üçün Nuri əl-Maliki İranın əlində alətdir. Bu gün İraq xalqı əl-Malikinin istefasının tələb etdiyi halda, İran onu müdafiə edir”.
M.Rəcəvi İraqda vəziyyətin sabitləşdirilməsi üçün İranla əməkdaşlığa hazır olması haqda verdiyi bəyanatı da tənqidi edib. Onun sözlərinə görə, vəziyyətin yaxşılaşması üçün əl-Maliki istefa verməli, İranın təsiri aradan qaldırılmalı və gerçək demokratik prinsiplər əsasında hökumət formalaşdırılmalıdır.
O , İranın atom-nüvə problemi ilə bağlı məsələdən də danışıb: “İranın nüvə proqramı ətrafında yaranmış böhrandan tək çıxış yolu var: beynəlxalq agentliyin müfəttişlərinin bütün nüvə obyektlərinə buraxılsın. Bundan başqa insan haqlarını pozduğu, eləcə də Suriya və İraqdakı soyqırıma görə İran rejimi məsuliyyətə cəlb edilsin”.
Mənbə xatırladıb ki, Fransa hökuməti İran müxalifətinin Parisdə konfrans keçirməsinə etirazını bildirib. Ölkə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Romen Nadal deyib ki, “Xalq Mücahidləri” Təşkilatı “demokratik olmaması, zorakılıqdan istifadə etməsi və yalan informasiya yayması” ilə başqalarından fərqlənir.
Müxalifət təmsilçiləri onun bəyanatını Fransa XİN-in “ayətullah rejiminə hədiyyə” adlandırıblar.
“Assoşieyted press”-in məlumatına əsasən, Parisdə keçirilən bu konfransda on minlərlə insan iştirak edib.