Almaniyanın kansleri Angela Merkel Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini istisna etməyib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda xəbəri «Röyter» yayıb.
Almaniya hökuməti başçısının sözlərinə əsasən, əgər Rusiya Ukraynanın ərazi bütövlüyünün pozulması ilə bağlı yeni addımlar atarsa, o zaman AB tərəfindən yeni sanksiyaların tətbiqi məsələsinə baxılacaq.
O, etiraf edib ki, Almaniyanın avropalı tərəfdarları Ukrayna ilə bağlı böhrana fərqli yanaşır. Bununla belə o, AB ölkələrinin Rusiyaya münasibətdə bir mövqedən çıxış etməyə hazırdır.
“Fərqli baxışlara baxmayaraq, bizim birgə qərar qəbul edəcəyimizə heç kim şübhə etməsin”- deyə, A.Merkel vurğulayıb.