Merkel Rusiyaya qarşı sanksiyaların tezləşdirilməsini istəyib
23 iyul 2014 22:04 (UTC +04:00)

Merkel Rusiyaya qarşı sanksiyaların tezləşdirilməsini istəyib

0

Almaniyanın kansleri Angela Merkel “Rusiyaya qarşı mühüm iqtisadi sanksiyalar” tətbiq etməyə çağırıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, bu aksiyanın «mümkün qədər tez» gerçəkləşdirilməsini istəyib.

 

Bununla belə o, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya birinciliyinin boykot edilməsi ideyasını dəstəkləmədiyini bildirib.

 

“Kansler hesab edir ki, Rusiya təyyarə qəzası ilə bağlı araşdırmaya maraq göstərmədiyindən, qərar qəbulunu tezləşdirmək lazımdır” - deyə, onun təmsilçisi söyləyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 869

Oxşar yazılar