Almaniya kansleri Angela Merkel Dnestryanıda vəziyyətin Ukrayna ssenarisi ilə inkişaf etməyəcəyinə ümidvar olduğunu bildirib.
“Siz düşünmürsünüz ki, Rusiyanın Dnestryanı ilə bağlı davranışı Ukraynaya dair davranışla eyni ola bilər “ sualını Merkel “Biz ümid edirik ki, belə olmayacaq”, deyə cavablandırıb.
“Biz uzun illərdir ki Dnestryanıda dondurulmuş münaqişənin həll etməyə çalışırıq. Biz bu münaqişənin davam etdiyini və indiyədək bütün beynəlxalq səylərin nəticəsiz olduğunu unutmamalıyıq. Biz bu istiqamətdə çalışmağa davam etdirməliyik. Biz hələ ki Moldovada hər şey istədiyimiz kimidir deyə bilmərik”, deyə Merkel bildirib.