Almaniya hökuməti Rusiya ilə 973 milyon dollarlıq peyk satışına dair müqaviləni dondurub.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Bloomberg” xəbər yayıb.
Bununla da “Airbus Group NV” kosmik taqımının Rusiyaya ixracat lisenziyası ləğv edilib.
Almaniyanın kansleri Angela Merkel bunu Rusiyanın Krımı özünə birləşdirməsi ilə əlaqələndirib.
O, qeyd edib ki, Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalarla bağlı fəaliyyət davam edir