Rusiyanın «Böyük-8»-likdən («G-8») çıxarılması məsələsinə Almaniyanın kansleri Angela Merkel aydınlıq gətirib.
Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, «Röyter» bu haqda xəbər yayıb.
Almaniya lideri Rusiyanın bu qeyri-rəsmi qurumdan çıxarılması ilə bağlı yayılan məlumatları təkzib edərək, bildirib ki, RF «G-8»-likdə qalır.
Mənbə qeyd edib ki, Fransanın xarici işlə naziri Loran Fabiusa istinadən Krımı özünə birləşdirdiyi üçün Rusiyanın «G-8»-likdən çıxarılması haqda xəbər yayılmışdı.
Portuqaliyanın baş naziri Pedro Pasos Koelo ilə birlikdə keçirdiyi mətbuat konfransında A.Merkel vurğulayıb ki, Rusiyanın Soçidə «Böyük -8»-liyin sammitinə hazırlıq işləri görməsi dayandırılıb: «Bundan başqa bir qərar qəbul edilməyib».
Xatırladaq ki, martın 2-də Avropa Birliyinin Şurası və Avropa Komissiyası kimi «G-7»-lik də birgə bəyanat yayaraq, Rusiyanı Ukrayna məsələsində tutduğu mövqeyə görə mühakimə etmişdi.
Bundan başqa qeyri-rəsmi mənbə bildirmişdi ki, Britaniya Rusiyasız «Böyük-8»-liyin növbəti zirvə toplantısının London keçirilməsini təklif edib.