Rusiya Ukraynanın zəifliyindən yararlanıb.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Almaniya Bundestaqında kansler Angela Merkel çıxış edib.
O qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü sual altına düşə bilməz.
“Krımdakı münaqişəni Kosovodakı durumla müqayisə etmək düzgün deyil. Rusiya Ukraynadakı böhranın həllində tərəfdaş rolunda çıxış etmək əvəzinə bu ölkənin zəifliyindən yararlanıb”, - deyə o vurğulayıb.
A. Merkel həmçinin bildirib ki, Ukraynadakı vəziyyət normallaşmasa, bu, həm Ukrayna, həm də Rusiya üçün faciə ilə nəticələnə bilər.