Almaniyanın kansleri Angela Merkel bildirib ki, ölkəsi və Avropa Birliyi Krımın Rusiya tərəfindən ilhaqı ilə barışmayacaq.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, bu haqda “ARD” telekanalına müsahibəsində deyib.
“Biz işləri heç nə baş verməyibmiş kimi davam etdirə bilmərik” - deyə, o vurğulayıb.
Kansler onu da qeyd edib ki, Krım məsələsində dözüm nümayiş etdirmək vacibdir.
A.Merkel Baltikyanı dövlətlər və Almaniyanın uyğun müstəqillik əldə etməsi və birləşməsinin də uzun müddətə başa gəldiyini xatırladıb.
Ukraynanın başqa ərazilərindəki vəziyyətlə bağlı kansler deyib: “Aralıq hədəf mayın 25-də prezident seçkisinin azad keçirilməsinə nail olmaqdır».
Merkel Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əsas məqsəd olmadığını deyərək, əlavə edib ki, siyasi cəhdlər nəticə verməyəndə bu üsuldan istifadə edilir.