Almaniya baş naziri Merkel Suriya prezidenti Bəşər Əsədin ölkəsində davam edən böhranın sülh yolu ilə həllini tapması üçün məsələyə dair beynəlxalq müzakirələrə qatılmalı olduğunu deyib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Merkelin fikrincə, Suriya məsələsinin həlli üçün sadəcə Rusiya və ABŞ deyil, bir çox liderlə müzakirələrlə aparılmalıdır. Bunların sırasına Əsəd, İran, Səudiyyə Ərəbistanı kimi sünni ölkələri də daxildir.
Merkelin sözlərinə görə, bu məsələlər bölgəyə heç bir aidiyyatı olmayan ölkələrin danışıqları ilə həll edilməyəcək.
Xatırladaq ki, ötən həftə ABŞ xarici işlər naziri Con Kerri də Suriya lideri ilə müzakirəyə hazır olduqlarını demişdi.