Almaniyanın kansleri Angela Merkel ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi illik hesabata əsasən, 9-cu dəfə dünyanın ən nüfuzlu qadını seçib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ Federal ehtiyat sisteminin sədri Canet Yellon bu siyahıda ikinci yerdədir.
Üçüncü yeri isə “Microsoft” şirkətinin təsisçisi Bill Geytsin həyat yoldaşı Melinda tutub.
Dördüncü yerdə Braziliya prezidenti Dilma Russefdır.
Ən nüfuzlu qadınların ilk beşliyini Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard tamamlayır.
Rusiya Bankının sədri Elvira Nabiulina 72-cidir.
Ən gənc reytinqli isə ötən il olduğu kimi 28 yalşı amerikalı müğənni Ledi Qaqadır. Ən yaşlı nüfuzlu qadın Britaniyanın kraliçası 88 yaşlı II Yelizaveta sayılıb.
Xatırladaq ki, Angela Merkel 4 il ardıcıl birinci yeri ABŞ prezidentinin xanımı Mişel Obamaya “güzəştə” gedirdi. 2011-ci ildən Almaniya kansleri birinciliyi geri qaytarıb.