Ukraynanın Kremençuq şəhərinin meri Oleq Babayevin qətlə yetirildiyi silah tapılıb.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, silahın gizlədildiyi yeri vasitəçilikdə şübhəli bilinən şəxslərdən biri göstərib.
Hazırda hadisə ilə bağlı istintaq davam etməkdədir. Hüquq-mühafizə orqanları 4 nəfəri şübhəli şəxs, 1 nəfəri isə sifarişçi qismində həbs edib. Xatırladaq ki, Oleq Babayev 2014-cü il, iyulun 26-da qətlə yetirilib.