Merin oğlu anası və bacısını çəkiclə öldürdü
18 avqust 2014 11:02 (UTC +04:00)

Merin oğlu anası və bacısını çəkiclə öldürdü

Rusiyada gənc oğlan ailə üzvlərini amansızlıqla öldürüb. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, Moskva Ətrafı vilayətində 22 yaşlı oğlan 43 yaşlı anası Yelena ilə 12 yaşlı bacısı Daşanı çəkiclə öldürüb.

 

Axtarış tədbirləri nəticəsində cinayətkar tutulub. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib. Gənc oğlan ifadəsində anası ilə daim mübahisə etdiyini və buna görə onu öldürdüyünü deyib. O qeyd edib ki, anası öldürən zaman bacısı otağa girib və həmin vaxt çəkic anasına kömək etməyən qızcığazın da başına dəyib.

 

Faktla bağlı cinayət işi açılıb. İstintaq zamanı məlum olub ki, öldürülən şəxslər 5 il əvvəl vəfat edən və xeyli müddət Moskva Ətrafı vilayətin keçmiş meri olan Roşal Sergey Syuskinin arvadı və qızı olub.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2476
avatar

Oxşar yazılar