Merin evi qumbaraatanlardan atəşə tutuldu
27 dekabr 2014 02:13 (UTC +04:00)

Merin evi qumbaraatanlardan atəşə tutuldu

0

Ukraynada Lvov şəhərinin merinin evi atəşə tutulub.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, naməlum silahlı şəxslər mer Andrey Sadovının evini atəşə tutduqdan sonra hadisə yerindən qaçıblar. Ev qumbaraatanlardan atəşə tutulub. Hücum zamanı mer və ailə üzvləri evdə olmayıb.

 

Hazırda merin evində xüsusi əməliyyat-istintaq qrupu işləyir.

 

İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

 

Hadisənin niyə və kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar