Mərakeşli silahlı Fransada sərnişin qatarına hücum edib
22 avqust 2015 02:14 (UTC +04:00)

Mərakeşli silahlı Fransada sərnişin qatarına hücum edib

0

Naməlum silahlı şəxs Amsterdam-Paris sərnişin qatarına hücum edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Le Figaro” məlumat yayıb.

 

Məlumata görə, silahlının atəş açması nəticəsində 3 nəfər yaralanıb. Cinayətkarın artıq saxlanıldığı bildirir.    

 

“TASS”-ın məlumatına əsasən, qatarda atəş açan Mərakeş əsilli 26 yaşlı şəxs. İlkin məlumata görə, hücum zamanı o avtomat və bıçaqla silahlanıb.  

 

Yaralananlar arasında “Leon” və “Klan Saprano” filmlərində çəkilmiş tanınmış aktyor Jan Yuq Anqkand var. İnsident zamanı həmçinin amerikalı və britaniyalı 2 keçmiş hərbçi də yaralanıb. Məlumata görə, məhz onlar vaxtında reaksiya verərək silahlı şəxsi zərərsizləşdirə bilib.      

 

Hadisə yerinə Fransa DİN rəhbəri Bernar Kaznev gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar