Mənzildən 1300-dən artıq silah tapıldı
09 oktyabr 2014 23:19 (UTC +04:00)

Mənzildən 1300-dən artıq silah tapıldı

0
Fransa polisi apardığı əməliyyat zamanı ölkənin İndr-e-Luar departamentinin Tur şəhərindəki mənzillərin birində əsl cəbbəxana ilə qarşılaşıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyti xəbərə görə, özünü kolleksiya həvəskarı kimi qələmə verən 50 yaşlı şəhər sakininin evindən 1300-dən artıq silah aşkar edilərək götürülüb.
 
Polis rəsmisi müsadirə edilən silahlar arasında 37 tüfəngin, 224 revolverin, 267 partlayıcı qurğunun, 2 topun, 2 qısalüləli topun, 801 mərmi və qranadın olduğunu bildirib.
 
Tur şəhər məhkəməsi mənzilində bu qədər ölümsaçan döyüş silahı saxlayan kolleksiyaçı barədə cinayət işi qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1689

Oxşar yazılar