Məktəbli turistlərin başına faciə gəldi
07 iyun 2015 17:03 (UTC +04:00)

Məktəbli turistlərin başına faciə gəldi

0

Malayziyanın şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 19-a çatıb. Onlardan 10-nun sinqapurlu məktəblilər olduğu bildirilir. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə Malayziyanın Ranau şəhəri polis idarəsi rəisinin müavini xəbər verib. Onun dediyinə görə, xilasedicilər 13 meyit aşkar ediblər. Onlardan 10-nun vətəndaşlığı müəyyən edilib. Bunlar Kinabulu dağına yay tətilini keçirməyə gələn sinqapurlu məktəblilərdir. Digər həlak olanlar barədə məlumat sonra veriləcək.

 

Güclü yeraltı təkanlar nəticəsində daha 20 nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyəti daha ağırdır. İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alanlar arasında Çin, Malayziya, Filippin və Yaponiya vətəndaşları var. Xilasedicilər 18 saat müddətində dağın çətin keçilən yerlərində ilişib qalmış 137 turisti xilas edə biliblər.

 

 

Qeyd edək ki, iyunun 6-da Sabah ştatında 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Ranau şəhərindən 19 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində Kinabulu dağında yerləşən turistlər üçün kurorta ciddi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar