Lent.az-ın “milli.az”-a istinadən verdiyi məlumata görə, Abxaziyada azyaşlı erməni qızı zorlayaraq qətlə yetiriblər.
Hadisə Suxumi rayonunda qeydə alınıb. Rayon ərazisində dağılmış evlərin birində qız uşağının meyiti tapılıb. Araşdırmalar zamanı meyitin orta məktəbin 4-cü sinif şagirdi Verjina Surmenilyan olduğu məlum olub.
Meyiti müayinə etdikdə məlum olub ki, uşaq ölməmişdən əvvəl cinsi təcavüzə məruz qalıb. Daha sonra onu möhkəm döyüblər. Qızın boynunun sındığı da bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.