Nigeriyanın şimal-şərqindəki Damaturu şəhərinin avtovağzalında kamikadze qız terror aktı törədib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.
Məlumata görə, üzərinə partlayıcı qurğu quraşdırılmış 12 yaşlı qız avtovağzalda izdihama yaxınlaşaraq partlayıcı qurğunu işə salıb.
Partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.