Məktəbə qılıncla hücum edən maskalı öldürüldü
22 oktyabr 2015 21:52 (UTC +04:00)

Məktəbə qılıncla hücum edən maskalı öldürüldü

0

İsveçdə məktəbə hücum edən şəxs saxlanılarkən aldığı güllə yaralarından xəstəxanada keçinib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu insidentin baş verdiyi Trolxettan şəhərinin polis nümayəndəsi Tord Haraldson bildirib.  

 

Qeyd edək ki, bu gün Trolxettan şəhərində qılıncla silahlanmış üzü maskalı şəxs məktəbin yeməkxanasına daxil olaraq 12 və 15 yaşlı yeniyetmələr daxil olmaqla 4 nəfərə ağır xəsarətlər yetirib. Xəsarət alanlardan bir müəllim və bir məktəbli aldığı xəsarətlərdən xəstəxanada keçinib.    

 

Polisin məlumatına görə, hücum edən şəxs 20 yaşlı gənc olub.  Hadisənin digər təfərrüatları açıqlanmır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar