Məktəbdə 150 nəfəri öldürən terrorçulara ölüm hökmü verildi
13 avqust 2015 23:33 (UTC +04:00)

Məktəbdə 150 nəfəri öldürən terrorçulara ölüm hökmü verildi

0

Pakistanda hərbi məhkəmə Peşəvər şəhərində məktəbə hücum edən 6 terrorçunu  ölüm cəzasına məhkum edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin dekabrın 16-da Peşəvər şəhərindəki məktəbə edilən hücum nəticəsində 130-dan çoxunun məktəbli olmaqla 150 nəfər ölüb. Hücuma görə məsuliyyəti öz üzərinə “Taliban” qruplaşması götürüb.  

 

Məlumata görə, hücumda iştirakı sübuta yetirilmiş 7-ci terrorçu ömürlük həbs cəzasına məhkum edilib.  

 

Qeyd edək ki, insidentdən sonra Pakistan hökuməti terrorla mübarizə üzrə milli planı qəbul edib. Parlament isə hərbi tribunalların yaradılmasına qərar verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar