Məktəb avtobusu qatarla toqquşdu: 2 ölü, 12 yaralı
06 yanvar 2015 05:39 (UTC +04:00)

Məktəb avtobusu qatarla toqquşdu: 2 ölü, 12 yaralı

0

ABŞ-ın Larimor (Şimali Dakota ştatı) şəhəri yaxınlığında məktəb avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, azı 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı avtobusun sürücüsü və 17 yaşlı yeniyetmə ölüb.

 

Qəzada yaralananların yaxınlıqdakı xəstəxanaya aparıldığı bildirilir. Hadisə yerinə xilasedici briqadalar və helikopterlər cəlb edilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar