Meksikanın cənubundakı Çyapas ştatında 5,2 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Syudad-İdalqo şəhərindən 67 km cənubda, ocağı isə 62 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.