Meksikada konqres binasına hücum olub
30 sentyabr 2014 22:25 (UTC +04:00)

Meksikada konqres binasına hücum olub

Meksikada polisin altı nəfəri öldürməsinə etiraz olaraq yerli əhali Querrero ştatında konqres binasına hücum edib.
 
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, keçən həftə baş vermiş hadisə ilə əlaqədar İquala şəhərində 22 polis zabiti həbs edilib. Hadisə nümayişdə iştirak edən tələbələrin üç avtobusu ələ keçirməsindən sonra polislə toqquşmalar zamanı baş verib.
 
Mətbuat konfransında Querrero ştatının prokuroru İnaki Blanko polisin açıq-aşkar həddini aşdığını bildirib.
 
Hadisədə 6 nəfər öldürülüb, 25 nəfər xəsarət alıb və 57 nəfər itkin düşüb. Rəsmilər onların axtarışını davam etdirir. Querrero yoxsulluq səviyyəsinin yüksək olduğu və narkotik alverçilərinin çoxluq təşkil etdiyi ştat hesab edilir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar