Meksikanın Oaxaka ştatında “Telmex” mobil operator şirkətinə məxsus helikopter qəzaya uğrayıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Qəza Çilçotla şəhəri yaxınlığında baş verib. İlkin ehtimallara görə, təyyarənin qəzaya uğramasının səbəbi pis hava şəraiti olub.
Hazırda hadisə yerində xilasedicilər və polis işləyir.