Meksikanın Qerrero ştatının Akapulko kurort şəhərində naməlum silahlı şəxslərin gecə klubuna hücumu nəticəsində 5 nəfər ölüb. Lent.az-ın məlumatına görə, bu barədə APA “RİA Novosti”-yə istinadən xəbər verir. Hücum nəticəsində 4 kişi hadisə yerində ölüb, ağır yaralanan bir qadın isə xəstəxanada keçinib. Şahidlərin sözlərinə görə, bara daxil olan silahlı şəxslər müştəriləri gülləbaran edib.
Xatırladaq ki, sentyabrda Qerrero ştatının İquala şəhərində polis və mülki silahlı şəxslər tələbələrin aksiyasını dağıdarkən silahsız etirazçılara atəş açıb, nəticədə 6 nəfər ölüb, 43 tələbə isə indiyədək itkin düşmüş hesab olunur.
Qeyd edək ki, ilin əvvəlindən bu vaxtadək Qerrero ştatında 1000-dən çox insan qətlə yetirilib. Buna baxmayaraq, Akapulko kurort şəhərinə hər il milyonlarla turist səfər edir.