Meksikada daha bir jurnalist öldürüldü
03 iyul 2015 05:09 (UTC +04:00)

Meksikada daha bir jurnalist öldürüldü

Meksikanın Oaxaka ştatında “Favorita” radiostansiyasının əməkdaşı Sançes Sarmento qətlə yetirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalist küçədə yaxın məsafədən atılan beş güllə ilə öldürülüb.

 

Yerli mətbuat radioaparıcının dəfələrlə ölümlə hədələndiyini bildirir. Sançes Sarmento son bir həftə ərzində Meksikada qətlə yetirilən sayca ikinci jurnalistdir. İyunun 26-da Quanxuato ştatında “Tabano” həftəlik qəzetinin baş redaktoru Herardo Nyeto öldürülüb. Hər iki fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.

 

Xatırladaq ki, ötən ilin oktyabrında bir qrup silahlı “Fiesta Mexicana” teleradioşirkətinə basqın edərək məşhur radio aparıcısı Atilano Tiradonu canlı yayımda çıxış edən zaman güllələmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar