Meksikanın cənub-qərbində 7,5 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, yeraltı təkanların mərkəzi Herrero ştatında, Akapulko şəhərindən şimalda, Tekpan yaşayış məntəqəsində 48,6 metr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, dağıntı və xəsarət alan yoxdur. Bununla belə yeraltı təkanlar ölkə paytaxtı Mexikoda da hiss edilib.