Meksikanın Xalisko ştatında 5,3 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tomotlan şəhərindən 235 km aralıda, ocağı isə 31 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.