Məkkədə təhlükəsizlik tədbirləri gücləndirilir
05 sentyabr 2015 23:51 (UTC +04:00)

Məkkədə təhlükəsizlik tədbirləri gücləndirilir

0

Bu il Həcc ziyarəti zamanı Məkkədə zəvvarların  təhlükəsizliyini 15 min polis əməkdaşı təmin edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Məkkənin Mülki Müdafiə üzrə Baş İdarəsinin rəhbəri Həmid bin Əbdül əl Mübadəl bildirib.

 

“İdarə sabahdan, yəni bazar günündən etibarən 15 mindən çox zabit və sıravini cəlb etməklə Həcc zamanı fövqəladə halların qarşısının alınması planının icrasına başlamağa hazırdır”, deyə  Həmid bin Əbdül əl Mübadəl bildirib.

 

Onun sözlərinə görə, Məkkədə və ətrafında 250 yardım mərkəzi və 55 səyyar yanğınsöndürmə heyəti yerləşdirilib.  

 

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə 1,5 milyondan çox zəvvarın gələcəyini gözləyir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar