Məkkədə 2 Türkiyə vətəndaşı ölüb, 19-u yaralanıb
12 sentyabr 2015 10:58 (UTC +04:00)

Məkkədə 2 Türkiyə vətəndaşı ölüb, 19-u yaralanıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müqəddəs Kəbədə baş vermiş faciə zamanı ölən və yaralananlar arasında Türkiyə vətəndaşları da var.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə hökuməti yanında dini işlər idarəsinin (Diyanet İşleri Başkanlığı) rəhbəri Mehmet Görməz olay zamanı 2 türkiyəli zəvvarın öldüyünü, 19 zəvvarın isə yaralandığını açıqlayıb. O, yaralıların durumunun qənaətbəxş olduğunu bildirib. Ölənlər İstanbuldan gedən Abdulkadir Gökmən və Trabzondan gedən Erol Karaağaclı adlı şəxslərdir.

 

Qeyd edək ki, Türkiyədən Həcc ziyarətində 65 min nəfər iştirak edir. Faciədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz Əl Səud ilə telefon əlaqəsi saxlayıb. 

 

Xatırladaq ki, sentyabrın 11-də Kəbədəki məscidin genişləndirilməsi işlərində istifadə olunan 50-55 metr uzunluğundakı kran aşıb. Nəticədə 107 nəfər ölüb, 238-i yaralanıb. Hadisə Həcc ziyarəti üçün yüz minlərlə müsəlmanın Məkkəyə gəldiyi zamanda baş verib. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23