Məhkəmə aşpaza 48 il və pul cəzası kəsdi
01 may 2015 10:46 (UTC +04:00)

Məhkəmə aşpaza 48 il və pul cəzası kəsdi

İspaniyada məhkəmə keçmiş aşpaza 48 il iş kəsib. Lent.az-ın Lenta.ru-ya istinadən məlumatına görə, o, həmkarlarını zəhərləməkdə günahlandırılır.

 

57 yaşlı kişi 2005-ci ildən 2012-ci ilə qədər yeməklərə alkoqolizmdən müalicə zamanı istifadə edilən preparat əlavə edirmiş. Bu preparatı qəbul etdikdən sonra spirtli içki qəbul etdikdə ürək bulanması, baş ağrısı, sinədə ağrılar, zəiflik hiss olunurmuş.

 

Beləliklə, yeməkdən sonra alkoqol qəbul edənlərdə yuxarıdakı hallar baş verdikcə, işçilər öz istəkləri ilə ərizə yazıb, işdən uzaqlaşırlarmış. Bu yolla o, 19 nəfəri işdən kənarlaşdırıb.

 

İspaniyalı preparatı şəxsi münasibəti olan aptekdən reseptsiz alırmış. Aşpaz köməkçisi günahını etiraf etməsə də, aptekin farmasevti onun mütamadi dərman aldığını deyib.

 

Azadlıqdan məhrum etmə ilə yanaşı, o, zərərçəkmişlərə 43580 avro kompensasiya, 17091 avro isə cərimə olaraq ödəməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar