Medvedev “Airbus”un partladıldığını istisna etmir
09 noyabr 2015 21:50 (UTC +04:00)

Medvedev “Airbus”un partladıldığını istisna etmir

0

Rusiyaya məxsus “Airbus А321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasının səbəblərinin araşdırılmasında terror aktı versiyası nəzərdən keçirilir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedevin bəyanatında bildirilir.  

 

“Terror aktı ehtimalı, təbii ki, hadisənin səbəbi kimi nəzərdən keçirilir”, deyə Medvedev qeyd edib.   

 

Bununla belə, o qeyd edib ki, faciənin səbəblərinin araşdırılması prosesi  hələ də davam edir.   

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Airbus”un qəzaya uğramasına dair hələ də ilkin nəticələrin olmadığını qeyd edib.  

 

Qeyd edək ki, Böyük Britaniya   təyyarənin göyərtəsində terror aktının törədilməsi ehtimalına  dair kəşfiyyatın əldə etdiyi məlumatları Rusiyaya təqdim edib.

 

Xatırladaq ki,  Airbus А321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində 224 nəfər ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar