Medvedev: “Ukraynanın Rusiyaya borcu 16 milyarddan artıqdır”
10 aprel 2014 02:03 (UTC +04:00)

Medvedev: “Ukraynanın Rusiyaya borcu 16 milyarddan artıqdır”

Rusiya prezidenti Vladimir Putinin keçirtdiyi müşavirədə ölkənin baş naziri Dmitri Medvedev bildirib ki, Ukraynanın Federasiyaya ümumi borcu 16,6 milyard dollardır.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, baş nazir toplantıda bu açıqlamanı verib: “Ukraynanı 3 milyard dollarlıq borcu təbii qaza olan borcdan toplanıb. Biz hesab edirik ki, Rusiyanın Ukraynadan  almadığı borcun həcmi 16,6 milyard dollardır”.

 

Onun sözlərinə görə, Moskvanın Ukraynadan təbii qazla bağlı ödənilməyən pulu alması üçün bütün əsasları var.

 

V.Putin öz növbəsində bildirib ki, Rusiya hələlik «mavi yanacağa» görə  avans ödəməsinə keçmək niyyətində deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar