Rusiyanın baş naziri Dimitri Medvedev rəsmi Ankaranın "İŞİD"i müdafiə etdiyini deyib.
Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, Medvedev "İŞİD"i Türkiyəni neft məhsulları ilə təmin etməsi barədə məlumatların olduğunu da iddia edib.
Onun sözlərinə görə, dünənki hadisə ilk olaraq Rusiya və NATO arasındakı münasibətlərin kəskin dəyişməsinə səbəb olacaq.
Medvedev son olaraq bu hadisə ilə Türkiyə və Rusiya arasındakı uzunmüddətli dostluq əlaqələrinin pozulduğunu bildirib. O qeyd edib ki, baş verənlər Türkiyə ilə Rusiya arasındakı çox vacib layihələrin imtinasına və Türkiyə şirkətlərinin Rusiya bazarını itirməsinə səbəb ola bilər.