“Bir sıra dövlətlərin əsəbləşməsinə baxmayaraq, Rusiya Krımla bağlı mövqeyini dəyişməyəcək”.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu bəyanatla Rusiyanın baş naziri Dmitri Medvedev çıxış edib.
“Biz öz qərarlarımızı dəyişmirik, bütün qərarlar icra olunacaq”-deyə, o, vurğulayıb. D.Medvedev Krımın Rusiyaya “birləşdirilməsini” “əzəli torpaqların qaytarılması” adlandırıb.
Rusiya hökumət başçısı bildirib ki, “bunun ətrafında bütöv bir hay-küy kampaniyası salınlsa da” rusiyalıların çoxu bu qərarı “dəstəkləyib”.
O, əlavə edib ki, Krımın qaytarılmasında geriyə dönüş yoxdur: “Bura artıq bizim ərazidir”.